"Hərbçilərimizlə əməkdaşlıq edən ukraynalılar var" - Peskov

"Hərbçilərimizlə əməkdaşlıq edən ukraynalılar var" -    Peskov
  22 Mart 2022    Oxunub:1133
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibə ilə bağlı diqqət çəkən açıqlama verib. xəbər verir ki, o, Rusiya hərbçiləri ilə əməkdaşlıq edən ukraynalıların olduğunu bəyan edib.
- Elə ukraynalılar var ki, əməkdaşlıq edirlər. Hərbçilərimizlə əməkdaşlıq edən ukraynalılar da var. Hər hansı itki verməmək istəyən ukraynalılar var, - Peskov CNN telekanalının efirində deyib.
"Ölkə üçün real təhlükə yaransa, nüvədən istifadə ediləcək"

O həmçinin qeyd edib ki, Rusiya hərbçilərinin mülki insanları hədəfə alması qadağandır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti