Rusiya Belarus sərhədi boyunca texnika toplamaqda davam edir

Rusiya Belarus sərhədi boyunca texnika toplamaqda davam edir
  23 Mart 2022    Oxunub:956
Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində əməliyyatları davam etdirir.

“Qoşunlarımız rusların Slovyansk və Lozova istiqamətində hücumu bərpa etmələrinə imkan vermirlər. Həmçinin Krivoy Roq və Novovorontsovka istiqamətlərində rusların hücumlarının qarşısı alınır. Mariupolun müdafiəsi təmin olunur. Əsas səylər dövlət sərhədinin mühafizəsinə, Malin bölgəsində qarşı tərəfin hücumunun qarşısının alınmasına yönəldilib. Rusların Kiyev istiqamətində irəliləməsinin qarşısı alınır. Nikolayev şəhərinin və Nikolayev vilayətinin yaşayış məntəqələrinin müdafiəsi davam edir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, son sutkada rusların 6 hərbi təyyarəsi, 5 PUA-sı, 1 helikopteri, 5 qanadlı raketi vurulub.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 28-ci günüdür.

AzVision.az




Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti