Türkiyənin Təhlükəsizlik Şurası Cənubi Qafqazı müzakirə edəcək
Təhlükəsizlik Şurasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və danışıqlarda yaranmış hazırkı durum nəzərdən keçiriləcək.
Həmçinin, Rusiya ilə Ukrayna arasnda davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.
FETO, PKK, "İŞİD" və digər terror qruplaşmalarına qarşı mübarizə də müzakirə ediləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


