Azərbaycan XİN Pakistanı təbrik edib

   Azərbaycan XİN Pakistanı təbrik edib
  23 Mart 2022    Oxunub:1560
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə XİN “Twitter” hesabında paylaşım edib.

"Qardaş Pakistan İslam Respublikasını Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu, çox əlamətdar günlə bağlı uğurlar və firavanlıq arzulayırıq. Milli bayramınız mübarək, Pakistan!", - paylaşımda deyilir.

AzVision.az



Teqlər: XİN   Pakistan   Təbrik  



Xəbər lenti