"Belarus Ukraynada münaqişəyə girməyəcək" - Volfoviç

"Belarus Ukraynada münaqişəyə girməyəcək" -    Volfoviç
  23 Mart 2022    Oxunub:1218
“Belarusun Ukraynada hərbi münaqişəyə girmək niyyəti yoxdur".
AzVision.az xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

"Belarusun sabah Ukraynaya qarşı müharibəyə daxil olacağına dair çoxlu saxta məlumatlar var. Belarus Ukraynaya qarşı müharibəyə girməyəcək", - o söyləyib.

Volfoviç deyib ki, Belarusu uzun müddətdir ki, sərhəd bölgəsində təxribatlar vasitəsilə münaqişəyə cəlb etməyə çalışırlar: “Hazırda miqrasiya böhranı adı altında Polşada olan 30 minlik qrupun yaradılması da bizi sərhəd münaqişəsinə sövq etmək, sonra isə qlobal hərəkətlərə keçmək cəhdlərindən biri idi”.

Baş katib bildirib hərbi hissələr daimi dislokasiya məntəqələrindən çıxarılmayıb, onlar daim öz ölkələrini müdafiə etməyə hazır vəziyyətdədirlər.

AzVision.az



Teqlər: Belarus   Ukrayna  



Xəbər lenti