"Polşa rus diplomatlarının qovulmasını müttəfiqlərlə razılaşdırıb"

"Polşa rus diplomatlarının qovulmasını müttəfiqlərlə razılaşdırıb"
  23 Mart 2022    Oxunub:724
“Polşa müttəfiqləri ilə rus diplomatlarının ölkədən çıxarılması qərarını razılaşdırıb”.
AzVision.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina deyib.

“Polşa müttəfiqlərimizlə razılaşdırılaraq Rusiyanın Varşavadakı səfirliyinin diplomatik heyətinin əhəmiyyətli dərəcədə ixtisar edilməsi ilə bağlı qərar qəbul edib", - o bildirib.

Qeyd edək ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın siyahısını hazırlayıb və onların ölkədən çıxarılmasını tələb edib. Siyahıda Rusiyanın Varşavadakı səfirliyinin dipomatlarının, eləcə də onların həyat yoldaşlarının adlarının olduğu bildirilib.

Həmin şəxslər Vyana Konvensiyasına zidd olaraq həssas məlumatlar toplamaqla, eləcə də Polşa vətəndaşlarını Rusiya Federasiyasının xeyrinə əməkdaşlığa cəlb etməklə casusluq fəaliyyəti ilə məşğul olublar. Rusiyalı diplomatların fəaliyyətinin Polşanın təhlükəsizliyinə təhdid törətdiyi və onların əməllərinin xarici ölkəyə qarşı casusluq fəaliyyəti kimi qiymətləndirilə biləcəyi qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan, Latviya, Litva və Estoniya da rus diplomatlarını “arzuolunmaz şəxs” elan edib və ölkədən çıxarıblar.

AzVision.az




Teqlər: Polşa  



Xəbər lenti