Kişinyovun keçmiş meri Ukrayna ordusuna yazılıb

Kişinyovun keçmiş meri Ukrayna ordusuna yazılıb
  23 Mart 2022    Oxunub:1052
Kişinyovun keçmiş meri Dorin Kirtoake könüllü kimi Ukrayna ordusuna yazılıb.
AzVision.az xəbər verir ki, bu barədə "UNİAN"a məlumat yayıb.

Onun sözlərinə görə, hərbi təcrübəsi olmadığı üçün gözləyənlər siyahısına salınıb.

"Fevralın 27-də könüllü kimi qeydiyyatdan keçmişəm, lakin kifayət qədər hərbi təcrübəm yoxdur, məni gözləyənlər siyahısına daxil ediblər. İlk günlərdən qaçqınların qəbulu, onların daşınmasında iştirak etmişəm", - o deyib.

Əlavə edib ki, indi Ukrayna ordusuna əvvəllər döyüşmüş və ya kifayət qədər hərbi təcrübəyə malik olan könüllülər qəbul edilir.

Kirtoake 2007-2018-ci illərdə Kişinyovun meri olub və anti-Rusiya fikirləri ilə tanınır. 2018-ci ildən o, Liberal Partiyasına rəhbərlik edir, Moldova və Rumıniyanın birləşməsini özünün məqsədi elan edib.

AzVision.az



Teqlər: Ukrayna   Könüllü  



Xəbər lenti