"Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur" - Stoltenberq

   "Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur" -    Stoltenberq
  23 Mart 2022    Oxunub:2132
“Ukraynanı NATO-ya üzvlük məsələsi Alyansın sabah baş tutacaq sammitinin gündıliyində olmayacaq".
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq sammitə həsr olunmuş brifinq zamanı deyib.

O qeyd edib ki, Ukraynadakı müharibə NATO ilə Rusiya arasında münaqişəyə çevrilməməlidir, əks halda bu, daha çox insan itkisinə və dağıntılara səbəb olacaq.

Stoltenberq Çinin rolunun çox vacib olduğunu da vurğulayıb: “Pekin Moskvaya qoşuldu. Çin Rusiyaya siyasi dəstək verdi. Müttəfiqlər olaraq biz Rusiyanın bu işğalına dəstəyin qarşısını almağı planlaşdırırıq. Biz eyni zamanda BMT TŞ-nın üzvü olan Çini məsuliyyətli davranmağa çağırırıq”.

AzVision.az



Teqlər:



Xəbər lenti