Belarus ukraynalı diplomatları ölkədən çıxarır

Belarus ukraynalı diplomatları ölkədən çıxarır
  23 Mart 2022    Oxunub:828
Belarusdakı ukraynalı diplomatların sayı azaldılacaq və onlar 72 saat ərzində respublika ərazisini tərk etməlidirlər.
AzVision.az xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna səfirliyi Belarusda 1+4 formatında - səfir və 4 əməkdaşla fəaliyyətini davam etdirəcək.

Bundan əvvəl Ukraynanın Brest şəhərindəki konsulluğunun bağlanacağı bəlli olub.

AzVision.az



Teqlər: Ukrayna   Səfirlik   Belarus  



Xəbər lenti