Aİ liderləri Ukraynanın üzvlük məsələsini müzakirə edəcəklər

   Aİ liderləri Ukraynanın üzvlük məsələsini müzakirə edəcəklər
  23 Mart 2022    Oxunub:1194
Avropa İttifaqının liderləri sammitdə Ukraynanın quruma üzvlük məsələsini müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi deyib.

“Əlbəttə, bir çox liderlər üçün vacib olduğu üçün üzvlük məsələsi müzakirənin bir hissəsi olacaq", - o bildirib.

Rusiya qazının tədarükü üçün ödənişlərin rubla köçürülməsi məsələsi gündəliyə daxil edilməyib.

Sammit 24-25 mart tarixlərində keçiriləcək.

Avropa İttifaqının dövlət və hökumət başçıları həmçinin aprelin 1-də Aİ-Çin sammitinə hazırlaşırlar. Bu sammitdə xüsusilə Ukraynadakı vəziyyət müzakirə olunacaq.

AzVision.az




Teqlər:   Ukrayna  



Xəbər lenti