Ruslar 58 təcili yardım maşınına atəş açıb, 6 həkimi öldürüb

Ruslar 58 təcili yardım maşınına atəş açıb,    6 həkimi öldürüb
  23 Mart 2022    Oxunub:988
Rusiya qüvvələri Ukraynanın 58 təcili tibbi yardım maşınına atəş açıb, 6 ukraynalı həkimi öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə səhiyyə naziri Viktor Lyaşko “Facebook” səhifəsində yazıb.

"Müharibə hər şeyi dəyişdi: planları, prioritetləri, rəyləri. Mən heç vaxt düşünməmişdim ki, tibb işçiləri üçün gülləkeçirməz jiletlər alacağıq. Amma Rusiyadan olan və artıq 58 təcili tibbi yardım maşınına atəş açan və 6 həmkarımızı öldürən terrorçuların əməlləri ucbatından biz bunu da etmək məcburiyyətində qaldıq", - nazir bildrib.

Əlavə edib ki, bu gün gülləkeçirməz jiletlərin ilk partiyası hər şeyə güllələr altında aktiv döyüş zonasınıda ukraynalıları xilas edən təcili tibbi yardım işçilərinə təhvil verilib.

Martın 21-nə olan məlumata görə, Ukraynada müharibə başlayandan bəri xəstəxanalara və həkimlərə 52 hücum qeydə alınıb.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti