Britaniyada illik inflyasiya 6,2 faizə yüksəlib

Britaniyada illik inflyasiya 6,2 faizə yüksəlib
  23 Mart 2022    Oxunub:878
Böyük Britaniyada illik inflyasiya 6,2 faizə yüksəlib. AzVision.az xəbər verir ki, bu, son 30 ilin ən yüksək göstəricisidir.
Bu yüksəlişdə yanacaq, enerji və ərzaq qiymətlərinin artması rol oynayıb.

Fevral ayında təbii qazın qiyməti əvvəlki ilə nisbətən 30 faiz, elektrik enerjisinin qiyməti isə 20 faiz artıb. Həmçinin Krallıqda qaz və elektrik enerjisinin qiymətlərinin bu ilin aprelindən etibarən 54 faiz artacağı da gözlənilir. Həmçinin Milli Bank bu il inflyasiyanın ikirəqəmli həddə çata biləcəyini açıqlayıb.

Maliyyə naziri Rişi Sunak benzindən alınan verginin azaldılması, sosial müavinətlərin artırılması və sığorta ödənişlərinin miqdarı ilə bağlı plan hazırladığını bildirib.

Pandemiya sonrası artan tələb və Rusiya ilə Ukrayna arasında yaranan gərginlik ərzaq və neft məhsullarının qiymətlərinin artmasına, bir çox ölkədə inflyasiyanın tarixi rekordlar qırmasına səbəb olub.

AzVision.az



Teqlər: Britaniya   İnflyasiya  



Xəbər lenti