Madlen Olbrayt vəfat edib

 Madlen Olbrayt vəfat edib
  23 Mart 2022    Oxunub:1567
ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbrayt vəfat edib.
AzVision.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

O, 84 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Olbrayt 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984-1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib. 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.

O, prezident Bill Klinton administrasiyasının əsas fiqurlarından biri olub.

Olbrayt NATO-nun genişlənməsini müdafiə edib, Alyansı soyqırımı və etnik təmizləməni dayandırmaq üçün Balkanlara müdaxilə etməyə çağırıb, nüvə silahlarının yayılmasını azaltmağa çalışıb. Bütün dünyada insan haqlarını və demokratiyanı müdafiə edib.

AzVision.az





Teqlər:



Xəbər lenti