Rusiyada "News.Google"a giriş məhdudlaşdırılıb

Rusiyada "News.Google"a giriş məhdudlaşdırılıb
  23 Mart 2022    Oxunub:1065
Rusiyada "News.Google" internet xidmətinə giriş məhdudlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, giriş məhdudiyyəti Ukraynada xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı etibarsız məlumatlar olan materiallara çıxışı servis tərəfindən təmin olmasına görədir.

"Rusiya Baş Prokurorluğunun tələbi əsasında Roskomnadzor ölkədə "News.Google" internet xidmətinə girişi məhdudlaşdırıb. Sözügedən ABŞ-ın onlayn xəbər resursu Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı etibarsız sosial əhəmiyyətli məlumatları özündə əks etdirən çoxsaylı nəşrlərə və materiallara çıxış təmin edib", - qeyd olunub.

AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti