Ukraynada bu günə qədər 128 uşaq həlak olub

   Ukraynada bu günə qədər    128 uşaq həlak olub
  24 Mart 2022    Oxunub:1021
Rusiya-Ukrayna müharibəsində bu günə qədər ölkədə 128 uşağı öldürülüb. Bombardman və atəş nəticəsində 566 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 73-ü tamamilə dağıdılıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq “Telegram”da məlumat yayıb.

"Martın 24-ü səhər saatlarına olan məlumata görə, 128 uşaq həlak olub, 172-dən çoxu yaralanıb. Kiyev vilayətində 64, Xarkovda 43, Donetskdə 43, Çerniqovda 32, Nikolayevdə 24, Kiyevdə 16, Jitomirdə 15, Xersonda 15 və Sumidə 14 uşaq müharibədə müxtəlif xəsarətlər alıb"

Məlumatda qeyd edilib ki, dağılan təhsil müəssisələrindən 230-dan çoxu məktəb və 155-i uşaq bağçasının. Ən çox Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyevdəki müəssisələrə ziyan dəyib. Bundan əlavə, 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar dağıdılıb.

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti