Müharibə nəticəsində Ukraynada 5 jurnalist həlak olub, 7-si yaralanıb

  Müharibə nəticəsində Ukraynada 5 jurnalist həlak olub,    7-si yaralanıb
  24 Mart 2022    Oxunub:822
Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər 5 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub, 7 jurnalist yaralanıb, bir jurnalist itkin düşüb.
AzVision.az “Ukrinform”-a istinadən xəbər verir ki, bu barədə Kütləvi İnformasiyalar İnstitutunun monitorinqində qeyd edilib.

Məlumatda qeyd edilib ki, fevralın 24-dən martın 24-dək Rusiya Ukraynada jurnalistlərə və mediaya qarşı 148 cinayət törədib. Eyni zamanda 10 teleqüllə atəşə tutulub ki, bu da Ukraynanın səkkiz regionunda televiziya və radio yayımının tamamilə və ya müvəqqəti dayanmasına səbəb olub. 70 regional media orqanı fəaliyyətini dayandırmağa məcbur olub.

AzVision.az



Teqlər:



Xəbər lenti