"Bir daha deməyin ki, ordumuz Alyansın standartlarına cavab vermir" - Zelenski

   "Bir daha deməyin ki, ordumuz Alyansın standartlarına cavab vermir" -    Zelenski
  24 Mart 2022    Oxunub:1122
Prezident Volodimir Zelenski NATO-dan Rusiya ilə müharibədə öz gücünü göstərən silahlı qüvvələrin Alyansın standartlarına cavab vermədiyini heç vaxt deməməyi xahiş edib.

AzVision.az xəbər verir ki, bu barədə Zelenski Alyansa müraciətində deyib.
“Bir aylıq müharibədən sonra sizdən tələb etdiyim tək şey hərbçilərimizin xatirinə bir xahişdir. Yenə də xahiş edirəm, heç vaxt, heç vaxt bizə deməyin ki, bizim ordumuz NATO standartlarına cavab vermir.

Biz standartlarımızın nəyə qadir olduğunu, Avropada və dünyada ümumi təhlükəsizliyə nə qədər töhfə verə biləcəyimizi göstərdik. Lakin NATO hələ Alyansın nə edə biləcəyini göstərməyib.

Dünya isə gözləyir, Ukrayna isə real fəaliyyət və təhlükəsizlik təminatlarını gözləyir".


Teqlər:



Xəbər lenti