"Ordumuz güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir" - MN

   "Ordumuz güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir" -    MN
  25 Mart 2022    Oxunub:1978
"Ermənilərin informasiya təxribatı davam edir". Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
SEPAH təxribatçı video yaydı: Məqsəd nədir?!
Vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.

AzVision.az


Teqlər:   Qarabağ  



Xəbər lenti