SEPAH təxribatçı video yaydı: Məqsəd nədir?!

// Qurum öz siyasi rəhbərliyinin qərarlarına xələl gətirir

   SEPAH təxribatçı video yaydı:    Məqsəd nədir?!
  24 Mart 2022    Oxunub:5287
2021-ci ilin oktyabr ayında baş vermiş sərhədyanı təlim gərginliyindən sonra ilk dəfə olaraq, İranın “İnqilab Keşikçiləri Korpusu" (SEPAH) yenidən Azərbaycan mövzusunu ortaya atıb. Özü də "böyük şeytan”ın sosial şəbəkəsi olan "twitter"də yerləşdirilən videoda.
AzVision.az xəbər verir ki, sahib olduğu ballistik raketlərinin zərbə radiusunu əyani şəkildə göstərən SEPAH potensial hədəflər sırasında Azərbaycanın ərazisini də qeyd edib. Səbəb Azərbaycan Respublikasının İsraillə geniş əlaqələri və əməkdaşlığıdır. Bu arada xüsusi qeyd etmək lazımdır ki, Naxçıvan ərazisi "hədəfi" kimi qeyd olunmayıb.

Bu yaxınlarda reallaşdırılmış Türkmənistan-İran-Azərbaycan svop qaz təchizatı layihəsi və Azərbaycan-İran "Zəngəzur tranzit dəhlizi" layihələri fonunda SEPAH-ın bu düşünülməmiş mediatəxribatını ilk növbədə ölkənin siyasi rəhbərliyinin qərarlarına ziyan vuran hərəkət hesab etmək olar.



Martın 13-də SEPAH İraqın Ərbil şəhərində yerləşən hərbi bazaya 12 ballistik raket atmış, səbəb kimi bazanın "İsrail qüvvələrinə xidmət etməsini" göstərmişdi. Gecə saatlarında İran ərazisindən (Təbriz yaxınlığından) reallaşdırılan zərbə insan tələfatına səbəb olmasa da, ciddi infrastruktur dağıntıları törətmişdi. SEPAH-ı terrorçu təşkilatlar siyahısından çıxarmaq niyyətində olan ABŞ Ərbilə hücumdan dərhal sonra fikrindən daşınmışdı. Görünür elə İrana da məhz bu lazımdır, çünki xarici düşmən olmasa, daxildəki kütləni idarə etməkdə çətinlik yaranır.

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: İran   SEPAH  





Xəbər lenti