Ərdoğan Zelenski və Putinlə danışıqlar aparacaq

   Ərdoğan Zelenski və Putinlə danışıqlar aparacaq
  25 Mart 2022    Oxunub:1149
Bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarım olacaq, bu həftə sonu və ya gələn həftənin əvvəlində isə Rusiya prezidenti Vladimir Putinlə danışıqlarım ola bilər.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Bu danışıqlar zamanı onlar NATO sammiti çərçivəsində keçirdiyim görüşlər barədə məlumatlandıracağam. Artıq tərəfləri sülhə çağırmaq vaxtıdır. Onlara "Sülh naminə atılan addımların təşəbbüsçüsü sən olmalısan" deməliyik. Bu məsələnin həll yollarını axtarmalıyıq", - deyə R.T.Ərdoğan bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti