Putin Çubaysı xüsusi nümayəndəsi vəzifəsindən azad edib

   Putin Çubaysı xüsusi nümayəndəsi vəzifəsindən azad edib
  25 Mart 2022    Oxunub:1341
Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysın davamlı inkişaf üzrə prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, martın 23-də KİV-də A. Çubaysın vəzifəsini tərk etməsi barədə xəbərlər yayılıb. Buna səbəb kimi Ukraynadakı hərbi əməliyyatla razılaşmaması göstərilir. Onun Rusiyadan İstanbula uçduğu bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti