Ərdoğanla Zelenski arasında telefon danışığı olub

   Ərdoğanla Zelenski arasında telefon danışığı olub
  25 Mart 2022    Oxunub:1214
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Bildirilib ki, liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti və danışıqların mərhələsini müzkirə ediblər.

Ərdoğan danışıq zamanı NATO sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladığını, Türkiyənin izlədiyi fəal və prinsipial siyasəti və ikitərəfli münasibətlərdə göstərdikləri səmərəli diplomatik səyləri liderlərlə bölüşdüyünü qeyd edib.

Türkiyə lideri bildirib ki, ölkəsi bu prosesdə əlindən gələn köməyi həyata keçirib.

AzVision.az


Teqlər:



Xəbər lenti