Baydendən Ukraynaya qoşun göndərilməsi ilə bağlı eyham -
VİDEO

   Baydendən Ukraynaya qoşun göndərilməsi ilə bağlı eyham  - 
  VİDEO
  25 Mart 2022    Oxunub:1448
ABŞ prezidenti Co Bayden Polşanın Jeşuv şəhərindəki hərbi bazada yerləşdirilən amerikalı əsgərlər qarşısında çıxışı zamanı bildirib ki, hərbçilər Ukraynadakı vəziyyəti şəxsən qiymətləndirə biləcəklər.
"Siz oraya çatanda hər şeyi öz gözlərinizlə görəcəksiniz", -deyə Bayden əsgərlərin Ukraynada Rusiyaya qarşı döyüşəcəyi ilə bağlı eyham vurub. O, çıxışı zamanı ABŞ əsgərlərinin Ukraynaya hansı məqsədlə getməli olduğunu açıqlamayıb.

Birmənalı olmayan ifadə Ukrayna mediasının, eləcə də amerikalı Twitter istifadəçilərinin diqqətini çəkib.

Sosial şəbəkələrdə ABŞ liderinin sözlərinin Ağ Ev administrasiyasının Ukraynaya hərbi personal göndərmək qərarına eyham olması ilə bağlı müzakirələr aparılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti