Dünyada virusa yoluxanların sayı 476 milyonu ötüb

   Dünyada virusa yoluxanların sayı    476 milyonu ötüb
  26 Mart 2022    Oxunub:936
Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Martın 25-də ÜST dünya üzrə 476 374 234 yoluxma və 6 108 976 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 608 935, ölənlərin sayı 5 143 nəfər artıb.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür. ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir.

Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 139 385 nəfərə çatıb, 967 905 nəfər infeksiya səbəbindən vəfat edib. İkinci yerdə qərarlaşan Hindistanda 43 016 372 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 755 nəfər ölüb. Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 729 991 nəfər virusa yoluxub, onlardan 657 998 nəfəri ölüb.

AzVision.az


Teqlər: COVID-19  



Xəbər lenti