Almaniya Ukraynaya müdafiə üçün silahlar verib

   Almaniya Ukraynaya müdafiə üçün silahlar verib
  26 Mart 2022    Oxunub:1067
Almaniyadan Ukraynaya 1,5 min “Strela” daşınan zenit raket kompleksi və 100 ədəd “MG3” pulemyotu gətrilib.
AzVision.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb. Qeyd olunub ki, rəsmi Berlin Kiyevə 8 milyon patron da verib. Eyni zamanda, Almaniyadan Ukraynaya digər yardımların da çatdırıldığı bildirilir. Söhbət 350 min ərzaq bağlaması, 50 tibbi maşın və tibbi ləvazimatdan gedir. Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

AzVision.az



Teqlər: Almaniya   Ukrayna  



Xəbər lenti