Ukraynada ölən Rusiya hərbçilərinin sayı açıqlandı

 Ukraynada ölən Rusiya hərbçilərinin sayı açıqlandı
  26 Mart 2022    Oxunub:1241
“Müharibədə Rusiyanın itkilərinin sayı artıq yüksək rütbəli komandirlər də daxil olmaqla 16 min nəfəri keçib”.
AzVision.az -ın xəbərinə görə bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib. Onun sözlərinə görə, Rusiya ilə aparılan danışıqların şərtləri ədalətli olmalıdır:

“Mənalı danışmalıyıq. Özü də təcili və vicdanla. Həm də nəticə naminə, vaxt itirmək üçün deyil. Artıq Rusiya ordusunun 16 min hərbçisi həlak olub. Nə üçün? Bu kimə nə verir? Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir”.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti