“Vaqner” Ukrayna prezidenti və baş nazirini öldürmək istəyib

   “Vaqner”  Ukrayna prezidenti və baş nazirini öldürmək istəyib
  26 Mart 2022    Oxunub:1415
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Volodimir Zelenskiyə və baş nazir Denis Şmıxala qarşı sui-qəsd planlaşdırmışdı.
AzVision.az xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski bildirib.

"Onlar Ukrayna rəhbərliyini: bizim prezidentimizi və baş nazirimizi öldürmək istəyirdilər. Məqsəd bu idi, bəziləri uğursuz şəkildə Ukraynaya göndərildi", - deyən Lubkivski bütün sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini əlavə edib. Müdafiə nazirinin müşaviri qeyd edib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə yaraqlıları izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.

AzVision.az


Teqlər: Vaqner   Ukrayna  



Xəbər lenti