NATO-nun şərq cinahı davamlı olaraq gücləndirilir

NATO-nun şərq cinahı davamlı olaraq gücləndirilir
  26 Mart 2022    Oxunub:1049
Ukraynada münaqişə başlayandan sonra NATO-nun şərq cinahının güclənməsi davamlı olaraq baş verir.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. “Mövcud müharibə ilə NATO-nun şərq sərhədindəki təhlükəsizlik strukturları bir daha gücləndirilib və bu, indi fasiləsiz davam edəcək. Biz dünən NATO çərçivəsində də bu barədə danışdıq. Bu, hər gün həyata keçiriləcək”, - Şolts vurğulayıb.

O əlavə edib ki, Ukraynadakı vəziyyət indi Avropa İttifaqına üzv olan 27 dövləti Rusiyadan xammal tədarükündən asılılığını necə azalda biləcəkləri haqqında düşünməyə vadar edib: “Bu proses geri dönməzdir”.


AzVision.az



Teqlər: NATO  



Xəbər lenti