"Bu, Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır” - Rusiyalı general

   "Bu, Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır” -    Rusiyalı general
  26 Mart 2022    Oxunub:1056
Bu gün Rusiyada artıq ehtiyatda olan vətəndaşların da səfərbərliyə alınması barədə məlumat yayılıb. Bəzi xarici saytlar vətəndaşların telefon zəngləri ilə hərbi komissarlıqlara çağırıldığını yazıblar.
AzVision.az xəbər verir ki, Rusiya müdafiə nazirliyi məlumat yayaraq xəbərin doğru olmadığını bəyan edib. Qeyd edilir ki, hərbi komissarlıqlar ehtiyatda olan Rusiya vətəndaşlarını orduya çağırmayıb və Müdafiə Nazirliyinin belə bir planı yoxdur.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun sözlərinə görə “Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar tamamilə reallığa uyğun gəlmir və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır”. .

Generalın sözlərinə görə, son günlər bir çox Rusiya vətəndaşı avtomatik cavablandırma qurğusundan hərbi komissarlığa gəlmək zərurəti barədə məlumat verilən saxta telefon zəngləri alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti