"Moskvanın rubl tələbi uzunmüddətli müqavilələrə təsir etməyəcək"

"Moskvanın rubl tələbi uzunmüddətli müqavilələrə təsir etməyəcək"
  26 Mart 2022    Oxunub:893
Rusiyanın qazın pulunun rublla ödənilməsi ilə bağlı tələbi hərbi vəziyyətə reaksiyadır və çətin ki, bu uzunmüddətli müqavilələrə təsir etsin. AzVision.az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad əl-Kaabi deyib.
- Bu (qazın rublla ödənilməsi tələbi – red.) hərbi vəziyyətə əsaslanan reaksiyadır. Düşünmürəm ki, bu, uzunmüddətli müqavilələri və bizim gördüyümüz işi dəyişəcək, - əl-Kaabi Qətərdə keçirilən Doha forumunda deyib.

Xatırladaq ki, Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək. Rusiya Prezidenti Vladimir Putin hökumətin iclasında bəyan edib ki, ödənişlər rublla həyata keçiriləcək:
"Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qaza görə rublla ödənişlərin köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarındayam".

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti