İsveç hərbi təyyarələri Ukrayna və Belarus sərhədində kəşfiyyat aparıblar
Təyyarə İsveç Hərbi Hava Qüvvələrinə məxsusdur. Xidmət məxfilik səbəbi ilə təfərrüatları açıqlamır.
“Təyyarənin Polşada olduğunu təsdiqləyə bilərəm, lakin əlavə təfərrüatları açıqlaya bilmərəm” , - deyə İsveç Krallığı Silahlı Qüvvələri və Radio Kəşfiyyat Xidmətinin əməkdaşı Ola Billger bidlirb.
“Expressen” nəşrinin məlumatına görə, hərbi təyyarə Stokholmdan 173 km aralıda yerləşən Linköpinq şəhərindən təxminən saat 08:00-da (Bakı vaxtı ilə 11:00) havaya qalxıb. Daha sonra Polşanın Belarus və Ukrayna ilə şərq sərhədi boyunca uçub.
Silahlı Qüvvələrin mətbuat xidmətinin nümayəndəsi Filip Saymonun sözlərinə görə, bütün prosess aidiyyəti ölkələrlə razılaşdırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


