Bayden Varşavada ukraynalı qaçqınlarla görüşüb - FOTO

Bayden Varşavada ukraynalı qaçqınlarla görüşüb -  FOTO
  26 Mart 2022    Oxunub:857
ABŞ Prezidenti Co Bayden Polşada ukraynalı qaçqınlarla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Amerikalı lider Varşavanın Milli Stadionunda həm qaçqınlarla həm də onlara kömək edən könüllülərlə söhbət aparıb.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 21-dək Ukraynadan qonşu dövlətlərə 3,5 milyondan çox qaçqın gəlib.

AzVision.az



Teqlər: Bayden   Polşa   Qaçqınlar  



Xəbər lenti