BMT: Ukraynada azı 1 104 mülki şəxs ölüb, 1 754 nəfər yaralanıb
“Ali Komissarlıq hesab edir ki, real rəqəmlər xüsusilə hökumətin nəzarətində olan ərazilərdə və son günlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumat gecikdirilir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, - sənəddə vurğulanır.
Qeyd edilir ki, Mariupol və Volnovaxa (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Severodonetsk Trostyanetsk (Sum vilayəti) şəhərlərində dinc əhali arasında çoxsaylı itkilər var.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 221 kişi, 167 qadın, 30 oğlan və 15 qız ölüb, 51 uşaq və 620 böyüyün cinsiyyəti hələ müəyyən edilməyib.
Xəsarət alan 1 754 nəfərdən 30-u qız, 24-ü oğlandır, yaralılar arasında o cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 70 uşaq da var.
AzVision.az
Teqlər: BMT Ukrayna Statistika







Vaxtında, Aydın, Lazımlı!


