Bayden Rusiyaya NATO ölkələrinə hücumla bağlı xəbərdarlıq edib

 Bayden Rusiyaya NATO ölkələrinə hücumla bağlı xəbərdarlıq edib
  26 Mart 2022    Oxunub:1164
ABŞ Prezidenti Cozef Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında Rusiyaya NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib.
AzVision.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

ABŞ rəhbəri vurğulayıb ki, Alyans buna vahid cavab verəcək.

Bu barədə RBC-Ukrayna Amerika liderinin Varşavadakı çıxışına istinadən xəbər verir.

"NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik", - ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, NATO nizamnaməsi alyansın bir ölkəsinə hücumun bütün alyansa hücum olduğunu nəzərdə tutur. Nizamnamənin 5-ci maddəsində deyilir ki, bütün NATO ölkələri həmin dövlətə qarşı müharibəyə başlamalıdırlar.

AzVision.az



Teqlər: Bayden   Rusiya   Xəbərdarlıq  



Xəbər lenti