"Rusiya Kiyevi, Xarkovu və Odessanı tutmayacaq" - Arestoviç

   "Rusiya Kiyevi, Xarkovu və Odessanı tutmayacaq" -    Arestoviç
  27 Mart 2022    Oxunub:777
"Rusiya qoşunları Kiyevi, Xarkovu və Odessanı tutmayacaq". AzVision.az xəbər verir ki, bunu prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç brifinq zamanı deyib.
Onun sözlərinə görə, Rusiya böyük şəhərləri tuta bilməyəcəyini anladığı üçün diqqəti Donbasa cəmləyib.

"Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anladılar.

"İndi onlar xüsusi əməliyyatların birinci fazasını başa vurub, ikinci mərhələni elan ediblər. İkinci mərhələ isə Donbassın tutulmasını əhatə edir".

Eyni zamanda o, rus qoşunlarının Kiyevi, Xarkovu və Odessanı tutmayacağına işarə edib.

"Onların indi üç vəzifəsi var: qoşunlarımızı Donbasda mühasirəyə almaq, Mariupolu tamamilə işğal etmək və Cənubu saxlamaq. Əgər Xersonu itirsələr, onda onların bütün Mariupol işğal planı çökəcək. Və bu, Kiyevin, Xarkovun və Odessanın tutulması planını mümkünsüz edəcək",- Arestoviç bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti