"Onlar heyvan deyillər" - Zelenski
Zelenski əlavə edib ki, o, müharibənin bitməsini gözləmədən əsir mübadiləsinin aparılmasının tərəfdarıdır.
"Bəzi ümumi qəbul edilmiş qanunlara uyğun hərəkət etmək lazım deyil. Hesab edirəm ki, hamını hamıy dəyişmək üçün bir razılaşma var. Bu gün nə qədər əsir varsa, onu elə bu gün dəyişək".
O, həmçinin qeyd edib ki, Ukrayna rus əsgərlərinin cəsədlərini öz ərazisində saxlamaq istəmir və onları ölənlərin yaxınlarına təhvil vermək istəyir.
“Onlar (Rusiya tərəfi. - Red.) əvvəlcə imtina etdilər, sonra bizə bir növ torba təklif etdilər... Hər şey belə görünür... Bilirsiniz, hətta it, pişik öləndə belə bunu etmirlər. Bunlar zibil torbalarıdır, mən başa düşmürəm ki, insanlar nə düşünür, bu uşaqların valideynləri nə düşünür”, - deyə dövlət başçısı bildirib.
Ukrayna lideri qeyd edib ki, döyüşən ölkənin prezidenti kimi onun üçün belə münasibət hətta düşmən dövlətin əsgərlərinə münasibətdə də qəbuledilməzdir.
"Onlar heyvan deyil. Bəs niyə qorxuludur? Özünə münasibət belədirsə, başqalarına münasibət necədir?", - deyə o, yekunlaşdırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


