Zelenski Türkiyədə keçiriləcək müzakirələrdən danışıb

   Zelenski Türkiyədə keçiriləcək müzakirələrdən danışıb
  28 Mart 2022    Oxunub:718
"Qarşıda danışıqların yeni raundu var, biz hələlik sülhə səy göstəririk".
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türiyədə keçiriləcək Ukrayna-Rusiya danışıqlarının yeni raundu barədə fikir bildirərkən deyib. Onun sözlərinə görə, əsas prioritet Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür.

“Dövlətimiz üçün mövcud təhlükəsizlik təminatları məcburidir. Aşkar və məqsədimiz Ukraynada sülh və normal həyatın mümkün qədər tez bərpa olunmasıdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq. Tərəflər danışıqların növbəti raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək. Bütün təfərrüatlar daha sonra açıqlanacaq.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti