Rus işğalçıları Slavutiçi tərk ediblər

Rus işğalçıları Slavutiçi tərk ediblər
  28 Mart 2022    Oxunub:763
"Martın 26-da Ukraynanın Slavutiç şəhərinə daxil olan rus işğalçıları bazar günü şəhəri tərk ediblər. Şəhər Ukrayna bayrağı altındadır".
AzVision.az xəbər verir ki, bu barədə mer Yuri Fomiçev “Facebook”da yayımladığı videomüraciətdə deyib.

"Onlar etmək istədikləri işləri gördülər - şəhəri yoxladılar. Bu gün onu tamamlayıb getdilər. Onlar şəhərdə deyillər", - Fomiçev vurğulayıb.

Rəsmi yerli hakimiyyət orqanlarının işğalçılarla əməkdaşlıq etdiyinə və onlardan humanitar yardım istədiklərinə dair məlumatları təkzib edib.

"Biz işğalçılarla heç bir əməkdaşlıq etmirik. Bütün problemlərimizi öz gücümüzə həll edirik. Heç kimin humanitar yardımına ehtiyacımız yoxdur, hər şeyimiz kifayət qədərdir. Ukraynanın bütün şəhər və qəsəbələrindən bizə kömək edirlər", - Fomiçev bildirib.

AzVision.az




Teqlər: Ukrayna   Slavutiç  



Xəbər lenti