Sumıda ruslar döyüşməkdən imtina edib

   Sumıda ruslar döyüşməkdən imtina edib
  28 Mart 2022    Oxunub:948
Ukraynada müharibə aparan rus qoşunlarının bir hissəsi döyüşməkdən boyun qaçırırlar. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Saytlar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinad ediblər.
Bildirilir ki, Sumı vilayətində Ukraynaya qarşı döyüşən Rusiya Federasiyasının 15-ci motoatıcı alayının hərbçiləri döyüş əməliyyatlarında iştirakdan imtina edirlər.

- Hərbçilər bildirirlər ki, işğalçıların şəxsi heyətinin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Qeyd olunur ki, düşmən Sumı rayonunda aktiv döyüş əməliyyatları aparmayıb. Eyni zamanda, qoşunların verilən itkilərdən sonra yenidən qruplaşdırılması davam edir, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti