Casus qalmaqalı: Rusiyanın 45 diplomatı Polşanı tərk etdi

      Casus qalmaqalı:    Rusiyanın 45 diplomatı Polşanı tərk etdi
  28 Mart 2022    Oxunub:1006
Polşanın daha əvvəl qovulmasında israr etdiyi rus diplomatları ölkəni tərk ediblər.
AzVision.az xəbər verir ki, bu barədə RİA “Novosti” Rusiyanın Varşavadakı səfiri Serqey Andreyevə istinadən məlumat yayıb.

Qeyd edək ki, Polşa Rusiyanın 45 diplomatını casusluqda ittiham edib. Bildirilib ki, onlar Rusiya kəşfiyyatının Polşanın sabitliyinə yönəlmiş layihələrinin bir hissəsi kimi çalışıblar. Nəticədə 45 diplomata casusluq ittihamı ilə qovulma notasının verilməsi qərara alınıb. Səfir bildirib ki, artıq bütün diplomatlar Polşanı tərk edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Polşa  



Xəbər lenti