500 mindən çox Gürcüstan vətəndaşı Avropaya vizasız gedib

   500 mindən çox Gürcüstan vətəndaşı Avropaya vizasız gedib
  28 Mart 2022    Oxunub:931
Avropa İttifaqı ilə vizasız rejimin mövcud olduğu 5 il ərzində Gürcüstanın 500 mindən çox vətəndaşı Avropa İttifaqı ölkələrinə 1,5 milyondan çox səfər edib. AzVision.az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
“Əhaliyə xatırlatmaq istəyirəm ki, yarım milyondan çox Gürcüstan vətəndaşı 5 il ərzində Avropa İttifaqı ölkələrinə 1,5 milyondan çox səfər edib ki, bu da bizim assosiasiya sazişinin qeydiyyatından sonra əldə etdiyimiz konkret nəticədir”, - Qaribaşvili bildirib.

Hökumət başçısı xatırladıb ki, Gürcüstan 2013-cü ildə Aİ ilə vizasız rejim üzərində işləməyə başlayıb. 2015-ci ilin dekabrında Avropa İttifaqı görülən işləri qənaətbəxş hesab edib və 2017-ci il martın 28-də respublika vətəndaşlarına 6 ayın 90 gününü Şengen zonası ölkələrinə vizasız səfər etmək hüququ verib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Gürcüstan  



Xəbər lenti