NATO Estoniyaya əlavə silahlar göndərir

NATO Estoniyaya əlavə silahlar göndərir
  28 Mart 2022    Oxunub:909
NATO ölkələrinin hərbi dəniz qüvvələrinin gəmiləri Estoniyaya əlavə silah və hərbi texnika çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin saytı açıqlama yayıb.

“Kral Hərbi Dəniz Qüvvələrinin gəmiləri NATO-ya dəstək və Baltik dənizində təhlükəsizliyi gücləndirmək üçün Birgə Ekspedisiya Qüvvələrinin (JEF) altı dövlətinin gəmiləri, təyyarələri və şəxsi heyətinə qoşulub. “Northumberland” və “Richmond” gəmiləri Danimarka freqatı “Niels Juel” və İsveç, Estoniya, Latviya və Litvanın hərbi gəmiləri ilə birlikdə bu strateji əhəmiyyətli bölgədə dəniz patrulları həyata keçiriblər”, - press-relizdə deyilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO   Estoniya  



Xəbər lenti