Avstraliya Rusiyanın 39 vətəndaşını “qara siyahı”ya saldı

   Avstraliya Rusiyanın 39 vətəndaşını    “qara siyahı”ya saldı
  29 Mart 2022    Oxunub:782
Avstraliya korrupsiya ilə bağlı hüquqpozmalarda şübhəli bilinən bəzi Rusiya vətəndaşlarına, eləcə də Avstraliya hakimiyyətinin fikrincə vəkil Sergey Maqnitskinin ölümündə əli olanlara qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, müvafiq bəyanatla Avstraliyanın xarici işlər naziri Maris Peyn çıxış edib. Nazir Sergey Maqnitski tərəfindən aşkar edilmiş korrupsiya cinayətlərinə görə məsuliyyət daşıyan, habelə onun ölümündə əli olduğu iddia edilən Rusiya vətəndaşlarına qarşı ilk sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb. “Qara siyahı”ya 39 Rusiya vətəndaşı düşüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avstraliya   Rusiya  



Xəbər lenti