Kiyevdə raket keçmiş baş nazirin evinə düşdü - FOTO

   Kiyevdə raket keçmiş baş nazirin evinə düşdü -    FOTO
  29 Mart 2022    Oxunub:2252
Ukraynada Rusiya hərbçilərinin atdığı raket havada zərərsizləşdirilib. Lakin raketin qalıqları yaşayış binalarına düşüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, paytaxt Kiyevin Darnitski rayonunda vurulan Rusiya raketinin qalıqları Ukraynanın keçmiş baş naziri (1991-1992-red.) Vitold Fokinin evinə düşüb.

- Bəli, evimə ziyan dəydi. Hazırda Moldovada dostumun qonağıyam və evə getməyə hazırlaşırdım. Amma məlum oldu ki, daha gedəcək yerim yoxdur. Çünki evə zərər dəyib, pəncərə və qapılar sındırılıb, - deyən Fokin evi yenidən tikəcəyinə əminliyini ifadə edib.

- Ora elə də böyük ziyan dəyməyib. İndi mənzili təxminən bir həftə hazırlayacağıq ki, evə qayıda bilim. Bütün bunları hazırda bizim digər şəhərlərimizə edilənlərlə müqayisə etmək olmaz. Mariupol mənim anamın şəhəridir. Nə vaxt ki, bütün orada baş verənləri izləyirəm, göz yaşlarımı saxlaya bilmirəm, - keçmiş baş nazir deyib. Onun sözlərinə görə, daha bir neçə ev raket parçaları ilə zədələnib. Avtomobillərə və ev heyvanlarına da ziyan dəyib. Amma insan tələfatı olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket   Ukrayna  



Xəbər lenti