ABŞ kəşfiyyatı: "Abramoviçi zəhərləməyiblər"

      ABŞ kəşfiyyatı:    "Abramoviçi zəhərləməyiblər"
  29 Mart 2022    Oxunub:1611
Amerika kəşfiyyatı hesab edir ki, rusiyalı milyarder Roman Abramoviç və Rusiya ilə Ukrayna arasında danışıqlar təşkil edən qrupun bir neçə üzvlərinin zəhərlənməsi halı baş verməyib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi "Reuters"ə açıqlamasında deyib.

Kəşfiyyatçıların fikrincə, nümayəndə heyətlərinin üzvlərinin ürək bulanmasına zəhərlənmə deyil, ekoloji faktor səbəb olub.

“Times”: Abramoviç Putinə Zelenskinin sülh məktubunu çatdırıb
Anonimlik şərti ilə danışan mənbə "Kəşfiyyat bunun ətraf mühitlə əlaqəli olduğunu qəti şəkildə ehtimal edir" deyib. O, təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, “Wall Street Journal” “Bellingcat” araşdırma agentliyi Putinə yaxınlığı ilə tanınan milyarder Roman Abramoviç və bir neçə digər Rusiya-Ukrayna danışıqlarında iştirak edən şəxsdə görüş öncəsi mümkün zəhərlənmə əlamətləri müşahidə olunduğunu yazıb. Hər iki nəşr insidentdən xəbəri olan insanlara istinad ediblər.

Mənbələr mümkün zəhərlənmədə günahı Moskvada sülh danışıqlarını təxribat etmək istəyən sərt xətt tərəfdarlarının üzərinə atıblar.

"Guardian" ın müxbiri Şon Volker isə məlumatlı mənbəyə istinadən bildirib ki, kimyəvi zəhərlənmə nəticəsində Abramoviç bir neçə saat görmə qabiliyyətini itirib və müalicə üçün Türkiyəyə aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Abramoviç   Rusiya   Ukrayna   Zəhərlənmə  



Xəbər lenti