Rusiyanın desant gəmisinin məhv edilməsinin təfərrüatları məlum olub
"Vəziyyət unikaldır, çünki heç kim heç vaxt gəmilərə qarşı belə bir silah sistemindən istifadə etməyib", - o bildirib.
Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri bir neçə belə əməliyyat keçirib: "Odessa yaxınlığında bir patrul gəmisini sahildən raket sistemləri ilə vurulması, katerə qarşı portativ zenit raket kompleksi istifadə etməyimiz və bu gəmiyə qarşı “Toçka-U”dan istifadə unikal vəziyyətlərdir. Dənizdə döyüş əməliyyatları üçün uyğunlaşdırılmayan silahların Ukrayna Silahlı Qüvvələri tərəfindən necə istifadə olunduğu təcrübəsi öyrənilə bilər".
O, həmçinin söyləyib ki, Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin əhalisindən fəal şəkildə davamlı olaraq kəşfiyyat məlumatları alır: "Hazırda işğal altında olan əhalinin əhəmiyyətli bir hissəsi könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə və kəşfiyyata kömək edir".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


