"İrpen şəhərinin yarısı dağıdılıb" - Mer
"Hər kəsdən xahiş edirəm ki, hələlik geri qayıtmasın. Şəhər hələ də təhlükəlidir. Atışmalar eşidilir, hətta qradlarla da atəşlər davam edir. Bu gün geri qayıtmaq mümkün deyil", - Markuşin vurğulayıb. O əlavə edib ki, hazırda İrpendən insanların təxliyəsi gedir.
"Bu gün bacardıqca çox insanı çıxaracağıq, təxliyyə növbəti günlərdə davam edəcək", - mer söyləyib.
Şəhərin vəziyyətidən danışan Markuşin deyib ki, çox şeyə ziyan dəyib: "Təəssüf ki, şəhərin təxminən 50%-i dağıdılıb. İnfrastruktur məhv edilib, amma biz mümkün qədər tez bərpa edəcəyik".
Qeyd edək ki, o, martın 28-də Kiyev vilayətinin İrpin şəhərinin rus işğalçılarından azad edildiyini bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


