Ərdoğan Özbəkistana gedib
Ərdoğan səfər çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2-ci iclasında iştirak edəcək.
O, həmkarı Şavkat Mirziyoyevlə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
İki ölkə arasında Türkiyə-Özbəkistan əlaqələrinə əhəmiyyətli töhfə verəcək müxtəlif müqavilələrin və anlaşma memorandumunun imzalanması gözlənilir.
AzVision.az
Teqlər: Ərdoğan







Vaxtında, Aydın, Lazımlı!


