"Abramoviç Türkiyəyə danışıqlar aparan şəxs kimi gəlib" - Kalın

   "Abramoviç Türkiyəyə danışıqlar aparan şəxs kimi gəlib" -    Kalın
  29 Mart 2022    Oxunub:1208
"İş adamı Roman Abramoviç Rusiyanın təyin etdiyi nümayəndə kimi İstanbuldadır, əks halda o, sanksiyalar altında olan bütün digər sahibkarlar kimi Türkiyəyə daxil ola bilməzdi".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “CNN” deyib.

"Bizim sanksiya altında olan heç kimimiz yoxdur. Abramoviç Türkiyəyə danışıqlar aparan komandanın tərkibində gəlib. İcazə verin, təkrarlayım, o, Rusiya prezidenti Vladimir Putin tərəfindən danışıqlar aparmaq üçün təyin edilmiş şəxs kimi gəldi", -Kalın söyləyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Abramoviç Ukrayna ilə danışıqların ilkin mərhələsində iştirak edib.

AzVision.az



Teqlər: Abramoviç  



Xəbər lenti