"Türkiyə Qara dənizdə minalar məsələsini araşdırır" - Akar

"Türkiyə Qara dənizdə minalar məsələsini araşdırır" -    Akar
  29 Mart 2022    Oxunub:781
"Türkiyə öz sahillərinə yaxın Qara dənizdə minaların haradan gəldiyini öyrənməyə davam edir. Lakin indi bu sualın cavabı yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnlistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə Qara dənizdə aşkar edilən minalarla bağlı Bolqarıstan və Rumıniya ilə əməkdaşlıq edir.

“Bizim minaaxtaran gəmilərimiz, dəniz patrul təyyarələrimiz yüksək hazırlıq vəziyyətinə gətirilib. Alınan hər bir mesaj dərhal qiymətləndirilir və lazımi tədbirlər görülür. Aşkar edilmiş minalar tez bir zamanda təhlükəsiz şəkildə məhv edilir", - Akar söyləyib.

O bildirib ki, minalarla mübarizə Türkiyə Silahlı Qüvvələrinin uğurlu olduğu bir sahədir.

AzVision.az



Teqlər: Hulusi-Akar  



Xəbər lenti